
Azərbaycanşünas Anjela xanım Elibegova “Sputnik Armeniya”nın efirində bu günlərdə vəfat etmiş çex jurnalisti Dana Mazalova ilə bağlı xatirələrini paylaşaraq, özlərinin birgə işlərinə və əməkdaşlığına toxundu.
Azərbaycanşünas Anjela xanım Elibegovanın fikrincə, çex jurnalist Dana Mazalova peşəkar fəaliyyəti ilə seçilən fantastik fəaliyyətiylə, çox güclü bir qadın idi.
“Haçan ki, boş vaxtımız olurdu, ünsiyyətimiz zamanı qaynar xətlərdə və bölgələrdə gördüyü işlərlə bağlı faktları göstərirdi.
Onları qeyd etmək üçün qadın ümumiyyətlə gərək unikal cəsarətə malik olsun ki, bütün onların içərisindən keçməklə sağlam məntiqi və həyati fəaliyyətini qoruya bilsin”-deyərək “Sputnik Armeniya” ilə söhbətində Anjela xanım qeyd edib.
Elibegovaya görə, Mazalova, Artsax müharibəsini görərək lazımi məlumatlara sahib olduğu üçün fikirlərini bənzərsiz, cəsarətli və qərəzsiz bir şəkildə təqdim etməsi baxımından çox maraqlı bir insan idi.
Öz məlumatlarını, nöqtei-nəzərlərini xüsusi tərzlə nümayiş edirdi, çünki mühüm informasiyalara sahib idi.
“Onunla işləmək çox xoş idi. Dananın xatirələri beynəlxalq arenalarda erməni mövqeyini irəli aparmağımıza olduqca çox kömək edirdi.
Xüsusilə o, Xocalı hadisələri ilə bağlı müstəsna məlumatların daşıyıcısı, və birincilərdən olan adam idi ki, Azərbaycan təbliğatı mifini tamamilə dağıdan Çingiz Mustafayevin məşhur kadr görüntülərinə baxıb, ona görə Dana saxtakarlıqların açılmasında bizə olduqca çox kömək etdi, bundan əlavə Ayaz Mütəlibovla “Nezavisimaya gazeta”qəzetində yayımlanan məşhur müsahibəsini xatırlayırıq.
Orada sonuncu Xocalının əsl iştirakçılarının Bakıda olduğunu etiraf etdi, ermənilərin onunla heç bir əlaqəsi yoxdur. Mazalovanın Azərbaycan təbliğat maşını ilə mübarizədəki töhvəsi əvəzsizdir”- deyərək Azərbaycanşünas qeyd edib.
Elibegova:”Azərbaycan ombudsmanı belə ölkəsinin anti-erməni siyasətindən yan keçmir”.
Anjela xanım Elibegova və Dana Mazalova Xocalı haqqında sənədli filmin çəkilişi üzərində çalışarkən tanış olmuş və birlikdə arxiv, sənədli, tarixi məlumatlar toplamışlar .
Birlikdə Artsaxa getdikləri zaman, Elibegovanı, Çex jurnalistini yüksək səviyyəli Artsax səlahiyyətliləri, hərbçilər və Dananı xatırlayan müharibədən keçən insanlar tərəfindən olduqca səmimi təsir bağışlayan təəssüratlarını bölüşdükləri səmimi münasibətlər təəccübləndi.
Bütün bunlarsa olduqca duyğulu idi və faktlaşdırırdı ki, daktlaşdırırdı ki, illər sonra da gülər üzlü bu qadın a olan dərindən gələn hörmət və izzət burada qorunubdur.
Azərbaycanşünas əmindir ki, Mazalova kimi insanlar Artsax barədə reallıqları bütün dünyaya yayımlamaq , çatdırmaq istəyir. Öz hissiyyatlarını o adamlara ötürsün, kimlərin ki, Artsax müharibəsi barədə təəssəvvürləri belə yoxdur.
Onların Ermənistan ərazisi ilə əlaqəsi heç vaxt sönmür və şəxsi hekayəyə çevrilir.
Daha öncə bildirmişdik ki, Ermənistan və Artsaxın böyük dostu, çex jurnalisti Dana Mazalova vəfat edib.
ER Xarici işlər naziri Zohrab Mnatsakanyan Twitter səhifəsində Mazalovanın yaxınlarına başsağlığı verib, DQR münaqişəsinin qərəzsiz, peşəkar işıqlandırılması məsələsində böyük həqiqət və ədaləti təqdim etdiyini qeyd edib.