BaşlıcaBeynəlxalq

Avropa parlamentinin məruzəçisindən Azərbaycana sərt reaksiya

Avropa parlamentinin portuqaliyall üzvü, Dünyada İnsan Haqları və Demokratiya ilə bağlı illik hesabat üzrə məruzəçi İzabel Santos Tofiq Yaqublunun dörd il üç ay müddətinə həbsi ilə bağlı hökmə münasibət bildirib.

“Amerikanın səsi” xəbər verir ki, məruzəçi deyib ki, Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublunun dörd il üç ay müddətinə həbs olunması barəsində hökm Azərbaycan rəsmiləri tərəfindən yanlış siqnal oldu.

“Cənab Yaqubluya məhkəmədə son ifadə verməyə icazə verilməyib və beləcə o hüquqlarından birindən məhrum edilib. O ona qarşı başladılan məhkəmə işini siyasi motivli olduğunu bildirib. Nəticədə o, hakimin qərarına etiraz olaraq aclıq aksiyasına başlayıb. Biz cənab Yaqublunun rədd etdiyi saxta ittihamlara əsaslanan bir işdən bəhs edirik”, – deyə o bildiridi.

İzabel Santos onu da qeyd etdi ki, məhkəmə prosesinə bu cür etinasızlıq və qanun aliliyi və hakimiyyətin bölgüsünə qarşı açıq hörmətsizlik qəbuledilməzdir.

“Azərbaycan rəsmiləri bütün siyasi azadlıqlara hörmət göstərməlidir və yalnız dözümlü olacaqları azadlıqları seçməməlidirlər.

Bu işə dərhal Azərbaycanın beynəlxalq öhədliklərinə hörmət çərçivəsində yenidən baxılmalıdır və biz beynəlxalq ictimaiyyətin Azərbaycam hökümətinin müxalif səsləri boğmasına dözməyəcəyinə dair açıq mesaj göndərməliyik,” o açıqlamasında bildirib.

Daha çox göstər
Back to top button