BaşlıcaSiyasət

Erməni və rus hərbçiləri şərti rəqibi məhv etdi

İkitərəfli taktiki hərbi təlimlər çərçivəsində Ermənistanda Cənubi Hərbi Dairənin rus hərbçiləri ER SQ bölmələri ilə birgə dağlıq ərazidə şərti rəqibi məhv etdi.

Qeyd olunur ki, Alaqyaz poliqonunda gecə kəşfiyyat qrupları yüksəkləri ələ keçirtdi və qorudular.

İki ölkənin operativ-taktiki və ordu aviyasiyası heyətləri motoatıcı və tank bölmələrinə atəş dəstəyi verdi. Təlimləri PUA-lar monitorinq etdi.

Bundan başqa, 102-ci hərbi bazası və ER MN kəşfiyyatçılarının ikitərəfli taktiki hərbi təlimləri çərçivəsində dağlıq ərazidə şərti rəqibin diversiya qrupunun hücumunun qarşısı alındı.

Kəşfiyyatçılar şərti rəqibin silah anbarlarını və komanda məntəqələrini tapmaqla bağlı döyüş tapşırığını yerinə yetirdilər.

İkitərəfli taktiki təlimlərə Ermənistan və Rusiyadan 1.5 mindən çox hərbçi, qırıcı, ordu və pilotsuz təyyarələr də daxil olmaqla, 300-ə yaxın xüsusi texnika cəlb olunub.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button