BaşlıcaSiyasət

Münaqişənin nizamlanması prosesində güc və güc tətbiq etmə təhdidinə yer yoxdur: Mnatsakanyan

Frankofoniya Zirvəsinə rəhbərlik edən Ermənistanın Xİ naziri Zohrab Mnatsakanyan BMT Təhlükəsizlik Şurasının açıq müzakirəsində iştirak edərək çıxış edib. Bu barədə ER XİN-dən məlumat verilib.

Xİ naziri öz çıxışında qeyd edib ki, BMT və Frankofoniya arasında olan münasibətlər sülh və beynəlxalq təhlükəsizliyin gücləndirməsi üçün çalışmaq istəyən, terrorizm, soyqırım və insanlığa qarşı cinayətlərin qarşısını almaq qətiyyətində olan, bir sıra ortaq dəyərləri olan ölkələrə əsaslanır.

ER XİN rəhbəri vurğulayıb ki, bu dövrdə böhranın mənfi nəticələri inkişaf edən ölkələr və əhalinin daha həssas təbəqələri üçün daha ağırdır və BMT ilə Frankofoniya sülh və əməkdaşlıq, həmrəylik və birlikdə yaşamaq dəyərlərini təşviq etməyə hazır olduğunu bir daha təsdiqləməlidir.

“Bu baxımdan, BMT Baş katibinin qlobal atəşkəs çağırışını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini qətiliklə dəstəkləyirik və güc təhdidinin münaqişənin həll prosesində yeri olmadığını bir daha təsdiqləyirik.

Bu sağlamlıq böhranı dövründə xüsusilə özünü göstərən nifrət nitqinin artması da bizi narahat edir. Bu gün, tolerantlığa, insan hüquqlarına hörmətə və mədəni müxtəliflik dəyərlərinə hər zamankindən daha çox diqqət yetirilməlidir.

Çoxtərəfli sistemin səylərinə baxmayaraq, bu gün silahlı qarşıdurmaların, hərbi gərginliyin və dövlət səviyyəsi ilə nifrət nitqinin tətbiqinin şahidi oluruq. Hətta bizim qonşuluğumuzda”,-deyə Mnatsakanyan qeyd etdi.

Çıxışına yekun vuran nazir Mnatsakanyan, Ermənistanın iki təşkilat arasında əməkdaşlığın inkişafına sadiq olduğunu bir daha təsdiqlədi.

Daha çox göstər
Back to top button