Başlıcaİctimaiyyət

Atalıq məzuniyyəti imkanı. Parlament komitəsi qanun layihəsini təsdiqlədi

ER Parlamentinin Səhiyyə və sosial məsələlər daimi komitəsi, atalıq məzuniyyətinin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədi.

“Mənim addımım”  fraksiyasının deputatı Tsovinar Vardanyanın, Sona Ğazaryanın, Lusine Badalyanın, Armen Pambuxçyanın və Narek Zeynalyanın müəllif olduğu Ermənistan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər və əlavə edilməsi barədə qanun layihəsini Tsovinar Vardanyan təqdim etdi.

Layihədə atalıq məzuniyyəti müəyyənləşdirilib. “Uşaq doğulduqdan sonra 30 gün ərzində uşağın atasının istəyi ilə hər gün üçün işçinin orta gündəlik əmək haqqının məbləğində 5 iş günü ödənişli məzuniyyət verilir” –deyə Vardanyan qeyd edib.

Qanun layihəsi qəbul edilərsə, 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcəkdir.

Daha çox göstər
Back to top button