BaşlıcaSiyasət

Azərbaycan iki erməni zabitinə axtarışa verməyə çalışır

Azərbaycan hakimiyyəti iki erməni zabitinə axtarışa verməyə çalışır.

Azərbaycan KİV-lərinin məlumatına görə, Azərbaycan Baş Prokurorluğu Azərbaycanda olan erməni zabit Qurgen Alaverdyanın ifadəsinə əsaslanaraq qərar qəbul edib.  Söz Vazgen Vardanyan və Armen Camalyan barədədir.

Onlar Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 276 (casusluq), 279.2 (silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə), 318.2-ci ( qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 29, 214.2.3 (terrorçuluğa cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələr ilə ittiham olunur.  Baş Prokurorluğun təqdimatı əsasında məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin “İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilmişdir. 

Əlbətdə ki, öz ərazilərində Azərbaycan hakimiyyəti istənilən qərarı verə və hər hansı bir ittiham irəli sürə bilər. Lakin İnterpolun belə bir müraciəti qəbul edəcəyi ciddi şübhə doğurur.

Ermənistanın dövlət qurumları bu mesaja hələ cavab verməyiblər.

Daha çox göstər
Back to top button