BaşlıcaSiyasət

Bakı kozırlarını itirdi: Ermənistana qarşı oyunu pozuldu

Lragir.am yazır ki, İlham Əliyev 2016-cı ildə yaradılmış Maliyyə Sabitliyi Şurasını ləğv edib, İqtisadi Şura yaratdı.

Bakı maliyyə sabitliyinin gözləntisi və ya zəmanəti ilə vidalaşır və buna görə də, qarşısına qoyulmuş problemi həll edə bilməyəcək bir şuranı tutmağın da mənası yoxdur.

Azərbaycan neft sarsıntılarına hazırlaşır. Beynəlxalq neft bazarındakı vəziyyət nikbinliyə əsas vermir və Səudiyyə Ərəbistanı kimi böyük neft istehsal edən ölkələr çətin zamanlara hazırlaşırlar.

Neft bazarındakı son inkişaflar artıq Azərbaycanda da öz izini buraxdı. Azərbaycanda bir neçə bank ləğv edildi, büdcə yığımlarında problem var, xarici borc 9 milyard dolları keçir. Neft və qaz infrastrukturlar məsələsində böyük geosiyasi tələbə stavka edən Azərbaycanın gözləntiləri doğrulmadı.

Məsələn, Bakı Tavuş döyüşləri zamanı bundan istifadə etməyə çalışıb və bəyan edib ki, Ermənistan enerji infrastrukturlarını hədəf alır, lakin Bakı gözlənilən beynəlxalq reaksiyanı almadı.

Bütün bunlar İlham Əliyevi çökməyə hazırlaşmağa məcbur edir. Ermənistana qarşı oyunu pozulub. İlham Əliyev də çətin zamanlarda Azərbaycan ictimaiyyəti ilə fokusçu oyunlarına hazırlaşır.

Daha çox göstər
Back to top button