Başlıcaİctimaiyyət

İnsan Hüquqları Evi Fondu: Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməlidir

Yayda beynəlxalq birlik 14-15 iyul dinc nümayişdən sonra siyasi fəalların saxlanmasının, cəzalandırılmasının və ya mühakimə edilməsinin şahidi olub. Ötən həftə hakimiyyətin müxalifətin səsini susdurmaq üçün son cəhdləri Tofiq Yaqublunun barəsində xuliqanlıq ittihamı ilə hökmün çıxarılması ilə nəticələnib.

Azərbaycan KİV-lərində yer alan məlumatlara görə, bu barədə Norevçin İnsan Hüquqları Evi Fondunun bəyanatında deyilir.

Fond Azərbaycan hakimiyyətini özgəfikirlilərin sıxışdırılmasına dərhal son qoymağa, Tofiq Yaqublunu və digər siyasi məhbusları azad etməyə çağırır.

“2020-ci il iyulun 15-də Azərbaycan prezidenti İlham Əliyev öz niqtində ölkə müxalifətini “beşinci kolon” və dövlətin düşmənləri adlandırıb. Bu çıxışdan sonra ən azı 80 nəfər iyulun 14-15-də nümayişdə iştirak etdiyinə görə saxlanılıb. Ən azı onların yarısı müxalifət üzvləri və liderləridir, bəzi əsas müxalifətçi fiqurları isə konstitusiya quruluşunu devirməkdə ittiham ediblər.

Onların bir çoxuna qarşı karantin rejimini pozduğuna görə ittiham və ya sanksiya irəli sürülüb. Bəziləri yalandan COVİD-19-u yaymaqda ittiham olunub. Qeyd edək ki, kütləvi həbslər siyasi cəhətdən kəskin işləri aparmağa qadir müstəqil hüquqşünasların çatışmazlığı fonunda baş verir. Yerli və beynəlxalq müşahidəçilər bildiriblər ki, qurbanların vəkilə çıxışına imkan verilmir və onları “qəddarcasına” döyürlər.”

Hüquq-müdafiə təşkilatı qeyri rəsmi mənbələrə əsaslanaraq bildirir ki, tanınmış müxalifət xadimi Fuad Qəhrəmanlı “amansız işgəncələr”ə məruz qalıb.

“Bu fonda Tofiq Yaqublunun yalan cinayət ittihamı ilə mühakimə edilməsi Azərbaycan hökumətinin fərqli düşüncəni aradan qaldırmaq və tənqidçiləri susdurmaq niyyətilə bağlı narahatlıq doğurur. Sentyabrın 3-də Azərbaycan məhkəməsi müxalifət lideri Tofiq Yaqublunu saxta xuliqanlıq ittihamı ilə təqsirli bilib və onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yaqublu insan hüquqlarının pozulmasına görə Azərbaycan hakimiyyətini müntəzəm tənqid edən mühüm müxalifərçi siyasi səsdir. O, artıq iki dəfə saxlanılıb, qanunsuz həbs cəzası çəkib və inzibati ittihama məruz qalıb.

Mühakimədən bir gün öncə Tofiq Yaqublu aclıq elan edib. Onun son həbsi və ittiham hökmü Azərbaycan hakimiyyətinin tənqidin boğulmasıkampaniyasına daha bir sübutdur. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar COVİD-19 pandemiyası ilə dərinləşir,” bəynatada qeyd edilir.

2020-ci ilin martından İnsan Hüquqları Evi Fondu Azərbaycan hakimiyyətini vətəndaş fəaliyyətini və dinc etirazları məhdudlaşdırmaq üçün Covid-19 ilə mübarizədə sui-istifadədən çəkinməyə çağırıb.

“İctimai sağlamlığın qorunması adı altında hüquq müdafiəçiləri, jurnalistlər, bloqerlər, siyasi fəallar qanunsuz sanksiyalara, həbsə və təqiblərə məruz qalıblar. Azərbaycan hakimiyyəti fövqəladə vəziyyət elan etmədən dinc tələbələrin,hüquq müdafiəçilərinin, polis tərəfindən zorakılığa etiraz edən qadın hüquq müdafiəçilərinin və yuxarıda qeyd olunan hadisələri işıqlandırmağa çalışan jurnalistlərin təkbaşına etiraz aksiyalarını yatırmağa cəhd göstərib.

Fikrinifadə olunması azadlığı və dinc fikir ayrılığı hüququ demokratik cəmiyyətin təməlidir.

İşgəncələr və amansız rəftar istənilən şəraitdə yolverilməzdir. Azərbaycan insan hüquqlarına dair beynəlxalq sazişlər imzalayıb ki, bunlar insan hüquqları ilə bağlı zəmanətləri təsdiqləyir və insanları sui-istifadə hallarından qoruyur. Kütləvi saxlanmalar, özgəfikirlilərə qarşı sərt davranış, yalan cinayət və inzibati ittihamlarla cəzalandırılma Azərbaycanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.

İnsan Hüquqları Evi Fondu Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə, özgəfikirlilərə qarşı repressiyalara son qoymağa, Tofiq Yaqublu və digər siyasi məhbusları dərhal azad etməyə çağırır,” bəyanatda deyilir.

Daha çox göstər
Back to top button