ArtsaxBaşlıcaMədəniyyət

“Qarabağ uzaqsa da, Qlendeyl o qədər də deyil”: Dailynews Jingəlli çörək barədə

Sadəcə bir yemək üçün restoran açmaq olarmı? Brodverdəki “Jingəlli çörək” adlı restorana getdmədən əvvəl Dailynews-un müxbiri Merrill Shindler də elə düşünürdü, amma erməni çörəyi onun fikrini dəyişdirdi.

Shindler qeyd edib ki, Qlendeyldə yemək adı ilə adlanan bu xoş restorana heyran oldu. Restoranın adı «Zhengyalov Hatz»-dır, o çörək isə, unudulmaz bir şeydir.

Shindler «Zhengyalov Hatz» restoranına getdiyi zaman eyni adlı yemeyi sifariş etməyi tövsiyə edir.

O Jingəlli çörəyi erməni və Dağlıq Qarabağ çörəyi kimi təqdim edir. Müəllif eyni zamanda qeyd edir ki, yeməyin adı nə qədər də çətin olsa, o, çörəyin hazırlanmasında istifadə olunan bir sıra ot adından daha asandır.

Restoranın divarlarında yazılır ki, çörəkdə 15 növ ot var. Müəllif qeyd edir ki, bu otların dadı yeməyi çox ləzzətli edir.

Merrill Shindler hesab edir ki, 6.99 dollar qarşılığında bu otlu çörək çox gözəl bir yeməkdir.

“Qarabağ uzaqsa da, Qlendeyl o qədər də deyil”-deyə müəllif vurğulayır.

Daha çox göstər
Back to top button