Başlıcaİctimaiyyət
Ermənistanda daha 177 nəfərdə koronavirus aşkarlanıb, 201 nəfər sağalıb

Ermənistanda son sutka ərzində 177 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 201 nəfər sağalıb.
Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 503-ə çatıb.
Son sutka virusdan daha 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 909-ə çatıb. İndiyədək 41 434 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 2 880 aktiv koronavirus xəstəsi var. İndiyədək 231 259 test aparılıb.