“Son vaxtlar, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” şüarını daha fəal şəkildə tətbiq edirlər və əməkdaşlıq sahələrini inkişaf etdirirlər. Birgə media platforması yaratmaq fikri də bu prosesin davamı idi.
Bu media platforması ciddi bir təmələ qoyulur, çünki açıq anti-erməni təbliğatı ilə tanınan Türkiyənin Haber Global televiziyası da ona qoşulur. Beləliklə televiziya media platformasının təməl daşına çevrilir”,-deyə Hayastani Hanrapetutyun qəzetinə müsahibədə türkoloq Karen Hovhannisyan bildirib.
Onun fikrincə, Azərbaycanın türkləşdirilməsi də bu prosesin bir hissəsidir, çünki indiyədək Türkiyə yalnız Naxicevanla maraqlanırdı, indi isə bütün Azərbaycanla maraqlanır.
Tavuş döyüşlərindən sonra Türkiyə-Azərbaycan birgə “Turan” adlı hərbi birləşməsini yaratmaq niyyətində idilər. Bununla əlaqədar Azərbaycanda müxtəlif aksiyalar başladı və bunu ictimai tələb kimi göstərdilər.