BaşlıcaSiyasət

Milli Məclisin deputatı: Tofiq Yaqublu kimi insanın azadlıqdan məhrum edilməsi barədə hökm ədalətsizdir

“Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur . Onun keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı hökm çıxarılarkən nəzərə alınmalı idi. Belə xırda bir insidentə görə Tofiq Yaqublu kimi insanın azadlıqdan məhrum edilməsi barədə hökm ədalətsizdir”, – Vətəndaş Həmrəyliyi Partiyasının  sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Turan agentliyinə bildirib.

T. Yaqublunun həbsi cəmiyyətdə mənfi reaksiya doğurub və etirazlara səbəb olub. Ölkənin bir çox tanınmış ictimai xadimi  onun azadlığa buraxılmasını tələb edib.

T.Yaqublu bu gün aclıq edir, onun həyatı təhlükədədir. “Əlbəttə, üzücü haldır.  Ancaq inanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq Yaqublu azadlığa buraxılacaq”, – S.Rüstəmxanlı deyib.

Daha çox göstər
Back to top button