BaşlıcaSiyasət

Niaqara şəlaləsi Ermənistan bayrağının rəngləri ilə işıqlandırılacaq

Sentyabrın 21-də, Ermənistan Respublikasının müstəqilik günü münasibəti ilə Niaqara şəlaləsi Ermənistan bayrağının rəngləri ilə işıqlandırılacaq. Bu barədə Ermənistanın Kanadakı səfirliyi məlumat verib.

Səfirliyin məlumatında görə, tədbir sentyabrın 21-də saat 10:00-da keçiriləcək və 15 dəqiqə sürəcək.

Tədbir Ermənistanın Kanadakı səfirliyi və Niaqara şəlaləsinin İşıqlandırma Şurasının əməkdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, son illərdə Müstəqilik günü münasibətilə Tbilisinin teleqülləsi, Dubaydakı Burj Xalifa qalası, eləcə də Litvadakı mərkəzi körpüləri Ermənistan bayrağının rəngləri ilə işıqlandırılıb.

Daha çox göstər
Back to top button