BaşlıcaMədəniyyət

“Səni anlamırlarsa belə fərqli olmaq daha yaxşıdır”: Armine Harutyunyan İtaliyada Body-shamingin ilk qurbanı oldu

“Armine Harutyunyan kimdir və İtaliyada niyə Body-shamingin qurbanı olub?” – Bu barədə Forbes məqalə yayıb. Müəllif yazır ki, Avropa podyumlarının ermənistanlı modeli barədə İtaliyaın sosial şəbəkələrində gözəllik ilə bağlı geniş müzakirələr yer alıb. Qeyd olunur ki, insanlar bəzən özləri üçün anlaşılmaz və yeni şeylərə qarşı nifrətlə doludurlar.  

Forbes qeyd edir ki, Armine Harutyunyanın qeyri-adi üzü var – uzun burnu, qalın qaşları, dərin və qara gözləri var. Harutyunyan modellər barədə ümumi standartlara uyğun deyilsə də, Alessandro Michelein seçimidir, hansı ki uzun illərdir ki qeyri-adi gözəl formalarına yer verir.

İtaliyalı müəllif Jonathan Bazi İnstagramda qeyd edir ki, indi modellər bəzən gözəl olmurlar və bu günlərdə moda dili 20-30 il əvvəlkindən fərqlidir.

Armine La Repubblica qəzetinə müsahibəsində demişdi ki, insanlar yeni olan hər şeydən qorxurlar, lakin gözəlliyin müxtəlif keyfiyyətləri var. ““Səni anlamırlarsa belə fərqli olmaq daha yaxşıdır”,-deyə model qeyd etdi.

Daha çox göstər
Back to top button