BaşlıcaSiyasət

Xaricdən terrorçuların Azərbaycana göndərilməsi ilə bağlı məlumatlar var: Zohrab Mnatsakanyan

ER Xİ naziri Zohrab Mnatsakanyan Misirin Xİ naziri Sameh Şükri ilə birgə mətbuat konfransında çıxış edərək qəbul üçün təşəkkür edib və qeyd edib ki, ER Xİ naziri olaraq bu, Yaxın Şərq և Şimali Afrikaya ilk səfəridir. Nazir səfərin, Ermənistanın müstəqilliyini tanıyan ilk ərəb ölkəsi olan Misirdən başlayacağına şad olduğunu da dilə gətirib.

“Bizim Misir və Ərəb Dünyası ilə çoxəsrlik münasibətlərimiz var. Bunlar xalqlarımız arasında olan etibar və dostluq münasibətləridir. Tarix boyu ermənilər Misir, onun sivilizasiyası və Yaxın Şərqin ayrılmaz hissəsi olmuşlar və olmağa davam edirlər.

Erməni xalqının varlığı təhlükə altında qaldığı və tariximizin çətin bir dövründə, Misir, digər ərəb ölkələri ilə birlikdə, Osmanlı İmperiyasında soyqırım dəhşətlərindən canını qurtaran minlərlə ermənini qəbul etdi”,- nazir qeyd edərək əlavə etdi ki, soydaşlarımıza bu ölkədə öz kimliyi, dili və ənənənlərini qoruyub saxlama imkanı verildi.

“On minə yaxın erməni icması, əlbəttə ki, xalqlarımız arasında kökləri dərin olan bir dostluq körpüsüdür. Misirlə güclü dostluq və çox praktik münasibətlərimiz var, bu səfər həm də münasibətlərimizin mövcud vəziyyətini göstərmək və qiymətləndirmək üçün yaxşı bir fürsətdir. Eyni zamanda sülh, təhlükəsizlik və inkişafda eyni maraqlarımız var”,-deyə Mnatsakanyan vurğuladı.

Xi naziri qeyd etdi ki, Misirlə güclü siyasi dialoqumuz var, ölkələrimiz arasında ticarət, iqtisadi və mədəni əlaqələr mövcuddur. İkitərəfli əməkdaşlıq kontekstində Misirin Avrasiya İqtisadi Birliyi ilə sıx əməkdaşlıqda maraqlı olduğuna da əhəmiyyət verildi. Sərbəst ticarət razılaşmasının imzalanması ilə bağlı danışıqlar davam edir və Ermənistan razılaşmanın imzalanmasında maraqlıdır:

“Bu hədəfə çatmaq üçün AİB və Misirli tərəfdaşlarımızla sıx əməkdaşlıq edəcəyik”.

Nazir bildirib ki, bir sıra regional və qlobal təhlükəsizlik məsələləri ilə bağlı da geniş müzakirələr aparıldı. O qeyd edib ki, Ermənistan Şərqi Aralıq dənizindəki prosesləri diqqətlə izləyir və Yunanıstanla Kiprə bu kontekstdə həmrəy olduğunu bildirmişdir.

“Eyni şəkildə Misirə olan həmrəyliyimizi və dəstəyimizi də vurğulamaq istəyirəm”.

Nazir vurğuladı ki, istər Şimali Afrikada, istərsə də Cənubi Qafqazda öz təsir zonalarını genişləndirmə çərçivəsində gərginlik yaratmanın istənilən cəhdi məhkum olunmalıdır. Transmilli təhdidlər, o cümlədən xaricdən terrorçuların münaqişə zonalarına yerləşdirilməsi çox narahatedicidir və bu istiqamətdə addımlar atılmalıdır.

Zohrab Mnatsakanyan misirli həmkarını regionumuzdakı proseslər və Azərbaycan təcavüzü nəticəsində Ermənistanın dövlət sərhədində baş verən son gərginliyi barədə də məlumatlandırdı və qeyd etdi ki, müharibələr fərqli olsa da, onların bir ümumiliyi var – münaqişənin hərbi yolla həlli yoxdur.

Nazir qeyd etdi ki, Ermənistan, bu baxımdan, Misirin Liviya da daxil olmaqla hər yerdə sülh və sabitliyə olan dəstəyini yüksək qiymətləndirir və bu istiqamətdəki səylərinialqışlayır.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, nazir qeyd etdi ki, Artsax təhlükəsizliyinin qarantı Ermənistandır:

“Bizim ən vacib prioritetimiz təhlükəsizlikdir. Fransa, Rusiya və ABŞ-dan ibarət olan ATƏT-in Minsk Qrupunun həmsədrliyi bu münaqişəni həll etməyə çalışan yeganə beynəlxalq platforma və formatı olub və elə də qalır. Münaqişələrin həlli kompromisə əsaslana bilər. Kompromis isə deməkdir ki, hər bir tərəf hamının mənafeyinə cavab verən balanslı bir həll yolu üçün müvafiq addımlar atmalıdır. “Yalnız mənim yolumla” həlli ola bilməz”,-deyə Mnatsakanyan vurğuladı və əlavə etdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.

“Artsaxdakı soydaşlarımızın təhlükəsizliyinin yalnız bir qarantı var, o da Ermənistandır. Biz bu müdafiədə qətiyyətliyik və hər hansı bir hərbi həll cəhdini məhz bu inam və düşüncə ilə rədd edirik”.

Türkiyə məsələsinə gəlincə isə, Mnatsakanyan bildirib ki, iyul hadisələri zamanı Türkiyə birtərəfli və aqressiv yanaşma ilə çıxış edən yeganə ölkə idi. Nazir həmçinin qeyd etdi ki, xaricdən terrorçuların Azərbaycana göndərilməsi ilə bağlı məlumatlar var və biz həmçinin böyük hərbi mövudluğunun şahidi oluruq. Bu amillər isə, regionda sülh və sabitlik üçün aparılan səylərə maneə törədirlər.

“Biz Şərqi Aralıq dənizindən Şimali Afrikaya, Yaxın Şərqə və Cənubi Qafqaza öz təsiri genişləndirmək üçün aparılan siyasətin şahidi oluruq və bu siayasət heç də xoş qarşılanmır”.

Daha çox göstər
Back to top button