
ER Polisindən verilən məlumata görə, İnterpol vasitəsi ilə ER Silahlı qüvvələrinin zabitləri Vazgen Vardanyan və Armen Camalyanla bağlı axtarış aparılmır.
Beləliklə polis, Azərbaycan Baş prokurorluğunun 2 erməni zabitinə qarşı beynəlxalq axtarış verməyə hazırlaşdığını bildirən mesajına reaksiya verdi.
“ER-da İnterpolun Milli Byürosu tərəfindən, Azərbaycanın səlahiyyətli orqanlarının bu cür təşəbbüslərinin vaxtında və adekvat cavabını vermək üçün daima izləyir”-deyərək polis tərəfindən verilən açıqlamada qeyd olunub..
Qeyd olunur ki, oxşar məsələlər doğularkən ER-da İnterpol tərəfindən dərhal müvafiq reaksiya verilir və İnterpolun Baş katibliyinə əsaslar və dəlillər təqdim olunur.
Xatırladaq ki, Azərbaycan mətbuat vasitələri keçən ay əsir düşən erməni zabiti Gurgen Alaverdyandan alınan məlumatlara əsasən erməni zabitlərinə axtarış elan edilməsi barədə qərar verildiyini yazmışdı.
Azərbaycan tərəfinin iddiasına görə, Alaverdyan, iki həmkarı Vazgen Vardanyan və Armen Camalyanın təxribat əmri verdiyini iddia etdi.Xatırladaq ki, Azərbaycan tərəfinin davranışı Gurgeb Alaverdyanın hüquqlarının kobud pozuntusudur.
Bundan əvvəl ER Müdafiə nazirliyi avqustun 22-də saat 19:30 radələrində hərbi bazanı yoxlamağa gedən zabit Gurgen Alaverdyanın əlverişsiz hava şəraiti səbəbindən çaşaraq yolu azdığığı bildirilib.
Azərbaycan Müdafiə nazirliyi isə Azərbaycan silahlı qüvvələrinin “tdiversant ”əsir götürdüyünü bildirib.
Bundan sonra Azərbaycan tərəfi bir video yayımladı Gurgen Alaverdyan orada mətn oxuyurdu güya Azərbaycanda qalmaq istəyir.