BaşlıcaSiyasət

Ermənistan “Qafqaz-2020” quru təlimlərində iştirak edəcək

ER Silahlı qüvvələrinin tank  və motoatıcılıq bölmələri “Alagyaz” və “Aşuluk” hərbi  poliqonlarında iştirak edəcək.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Silahlı Qüvvələrinin tank  motoatıcılıq  bölmələri Kavkaz-2020 strateji komanda-qərargah təlimlərində iştirak edəcəkdir.

Bu barədə ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.

Onun sözlərinə görə, erməni hərbçilər “Alagyaz” (Ermənistan) və Aşuluk (Həştərxan vilayəti) yüksək dağlıq  pliqonlarında fəaliyyət göstərəcəklər.

Hərbi təlimlərə qatılmaq üçün Rusiya, Ermənistandan, Belarusdan, Çindən, Myanmadan, Pakistandan, Azərbaycandan və İrandan hərbçiləri dəvət edib..

 “RİA Novosti”-nin verdiyi məlumata görə, bu haqda  Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin xarici hərbi attaşelərin iştirakı ilə keçirilən brifinq zamanı deyib.

Bundan əvvəl Rusiya Müdafiə naziri Sergey Şoyqu Qafqaz-2020 təlimlərində 9 xarici ölkədən hərbi personalın iştirak edəcəyini açıqlamışdı.

“Quru qoşunlarının tərkibində birgə əməliyyatları inkişaf etdirmək üçün təlimlərə Ermənistan, Belarusiya, Çin, Myanma və Pakistandan hərbi hissələr dəvət edilib. Azərbaycan və İran Xəzərdə bir sıra hərbi təlimlərdə iştirak etməyə dəvət edilib”- deyərək  Fomin qeyd edib.

ER-da rusiyalı hərbçilərlə  birgə təlimlər başlayıb

Onun sözlərinə görə, təlimlər iki mərhələdə keçiriləcək. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları adi hərbi-siyasi vəziyyətdə hərbi əməliyyatları planlaşdıracaqdır. İkinci mərhələdə çoxmillətli hərbi qrupun birgə hərbi əməliyyatları keçiriləcək..

Hava hücumundan müdafiə sistemlərinin döyüş effektivliyi MDB ölkələrində sınaqdan keçiriləcəkdir.

“Ortaq düşməni məğlub etmək üçün kütləvi hücuma başlamaq üçün quru qoşunları, aviasiya, hava hücumundan müdafiə, dəniz və Xəzər dəniz qüvvələrindən istifadə edilməsi planlaşdırılır” –deyərək Fomin  qeyd edib.

Xatırladaq ki,hərbi  təlimlər sentyabr 21-26-da  keçiriləcək.

Daha çox göstər
Back to top button