Oktyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çərçivəsində Ermənistanda “Axtarış-2020” və “Əməkdaşlıq-2020” təlimləri keçiriləcək.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirdi.
” Oktyabrın 23-25-də “Axtarış-2020″ təliminin keçirilməsi planlaşdırılır. Təlim zamanı KTMT kəşfiyyat orqanlarının istifadəsinin yaxşılaşdırılması planlaşdırılır”,- deyə dedi Stepanyan bildirib.
Onun sözlərinə görə, “Əməkdaşlıq-2020” birgə təlimlıəri oktyabrın 27-30-da keçiriləcək, təlimlər zamanı komandanlıq idarəetmə orqanları yaradılacaq, onlar əməliyyatın keçirilməsi ilə bağlı məsələləri hazırlayacaq.
Təlimlər “Bağramyan” poliqonunda, KTMT-nin üzv ölkələrinin iştirakı ilə keçiriləcək.