İran və Azərbaycan dost, ya düşməndir?
Azərbaycan İranın “ürəyi” üçün Ermənistanla mübarizə aparmağa davam edir. Bakı, hər iki ölkənin rəsmi açıqlamalarda qeyd etdiyi kimi “ortaq tarixə, mədəniyyətə və dinə sahib olan qardaş xalqın” Ermənistanla və son illərdə də Artsax Respublikası ilə sıx əlaqələri olması ilə barışa bilmir. Mövcud şanlı ənənəyə görə, şimal qonşu Tehrana iddialarını media köməyiylə çatdırır.
Azərbyacanın “Report” xəbər agentliyi “İran kimin daha çox dostudur: Azərbaycanın, yoxsa Ermənistanın?” adlı məqalədə Azərbaycanın İranla dost, ya düşmən olduğunu heç bir şəkildə müəyyən edə bilmir.
Məqalədə Ermənistan-İran əməkdaşlığı ilə bağlı Tehrana edilən bütün iddialar bir anda “atılır”.
Araz çayı üzərində Su-Elektrik Stansiyasının təməlqoyması, Artsax sərhədinin yaxınlığında tikdiyi “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, İran yanacağının tanınmamış dövlətin ərazisinə çatdırılması, DQR-də təxminən 80 şirkətin investisiyaları xatırladılır.
Əlbətdə ki, aktual mövzulardan biri: Rusiya hərbi texnikasının İran üzərindən Ermənistana daşınması. Rəsmi Tehran artıq bu məlumatları təkzib etdi, lakin Azərbaycan bir neçə həftədir bu mövzunu müzakirə etməyə davam edir.
İnfoteka24 saytına əsasən, eyni zamanda, Report özü Azərbaycanın İrana qarşı çox “qardaşcasına” davranmadığını da əlavə etməyi unudur. Bakı hələ də İranın şimal-qərb vilayətlərinə Güney Azərbaycan deyərək iddialarından əl çəkməyib. Bakı rejimi Tehranın yüzlərlə şiə dini liderinin həbsxanalardan azad edilməsi tələblərinə məhəl qoymamağa davam edir. “Qardaşlar” Bakının qəti mövqeyi üzündən Xəzərin bölünməsi ilə bağlı heç bir şəkildə razılığa gələ bilmirlər. Sayt İsrail pilotsuz təyyarələrinin Azərbaycan hava limanından İran hava sahəsini necə keçdiyini və daha çoxunu xatırlatmağı unudur.
Bu baxımdan, Tehranın kiminlə dost, ya düşmən olduğuna dair müzakirələrdən əvvəl Azərbaycanın İran üçün kim olduğunu aydınlaşmaq lazımdır.