BaşlıcaSiyasət

Niyə Bakı erməni əsirlərin ziyarətinə icazə vermir?

Qırmızı Xaçın nümayəndələri əsir düşən erməni zabiti Gurgen Alaverdyanı ziyarət edə bilmədi. BQXK Yerevan üzrə idarəsi bunu təsdiqlədi.

Niyə beynəlxalq təşkilat 23 avqustda qarşı tərəfdə peyda olunan hərbi əsiri görə bilmir?

Azərbaycan “Alaverdyanın iki komandirləri Armen Camalyan və Vazgen Vardanyan barəsində axtarış elan edib”.

Azərbaycan qəzetləri “casusluq, Azərbaycanın dövlət sərhədini keçmək, terrorizmə cəhd” maddələri ilə ittiham olunduqlarını və İnterpol tərəfindən beynəlxalq axtarış elan edildikləri haqda  yazır.

Bu yaxınlarda Ermənistan Müdafiə nazirliyinin Sosial Məsələlər şöbəsinin müdiri Aleksandr Avetisyanın başçılıq etdiyi nümayəndələri Gurgen Alaverdyanın ailəsini ziyarət etdilər. Polkovnik Avetisyan, Müdafiə nazirliyi zabitinin Azərbaycan ərazisində peyda olunmasıyla bağlı təffərrüatları araşdırmaqdadır

.Müdafiə naziri Davit Tonoyan 28 avqustun 28-də parlamentdə jurnalistlərə açıqlamasında ATƏT, BQXK və BMT-nin müvafiq qurumlarının hərbiçini geri qaytarmaq üçün hər cür səy göstərdiyini söylədi.

“Bizim ilkin qiymətləndirməyimizə görə, hərbiçimiz  azaraq  rəqib tərəfdə peyda olunub.   Doğurdanmı bizim hərbiçimiz azmışdır, yoxsa ki,oğurlanmış və yaxud  digər  şəraitlərdə o tərəfdə  peyda olunub, bunu biz aydınlaşdıracağıq.

 Bundan asılı olaraq fərqli ölçülərdə beynəlxalq strukturlarda çalışacağıq , baxmayaraq ki, indi tələbimiz ən azı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı hərbçilərimizi ziyarət etməsidir. Bu anda bu tələb yerinə yetirilməyib”- deyərək Müdafiə naziri qeyd edib.

Niyə Azərbaycan beynəlxalq təşkilatların erməni  hərbiçini görməyə icazə vermir? Məsələnin incəliyinə görə uca səslə müzakirə olunmur, lakin Ermənistan Xarici işlər nazirliyinin və Müdafiə nazirliyinin həyəcan siqnalı bəzi proseslərin aparılması sübut edir.

David Tonoyanın erməni zabitinin qaçırılması barədə dediklərindən sonra azərbaycanlı mütəxəssislər Artsaxda cəza çəkən təxribatçılarının geri qayıtması barədə yazmağa başladılar. Həmin günlər Stepanakertdə hərbi əsirlərlə bağlı komissiyanın iclası keçirildi, lakin qərarlar açıqlanmadı.

 Siyasi analitiklər qeyd etdilər ki, Rusiya tərəfi, ehtimal ki, Artsaxla birbaşa təmaslar yolu ilə azərbaycanlı təxribatçıların geri qaytarılmasına nail olmağa çalışır.

Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan hər kəslə mübadilə olunma ehtimalını cavablandıraraq Ermənistanda hərbi əsir olmadığını vurğuladı. “Azərbaycanda, naməlum şəraitdə Azərbaycanın yurisdiksiyasında olan, Azərbaycan ərazisində olan Ermənistan Respublikasının vətəndaşlarına qarşı uydurma ittihamlar irəli sürülür.

 Azərbaycan, sözlə desək, Artsaxda azyaşlı vətəndaşı Smbat Tsakanyanın qətlinə görə Artsaxda cəza çəkən iki qatilini “geri almağa” çalışır.

Bu baxımdan  qeyd edim ki, azyaşlının  həyatını tərk edilməsi  üçün  bütün  ictimaiyyətlərdə ağır cinayətkalıqdır” –deyərək Nağdalyan qeyd edib.

Azərbaycan silahlı qüvvələri baş qərargahı rəisinin əmri ilə erməni hərbçisi Gurgen Alaverdyanın əsir götürülməsi ilə əlaqəli bir sıra hərbçilər vəzifəsindən azad edildi. Azərbaycan Müdafiə nazirliyindən verilən məlumata görə, bu hərbçilər nizam-intizamı kobud şəkildə pozduqlarına görə, xüsusən xidmət edərkən smartfon istifadə etdiklərinə görə vəzifələrindən uzaqlaşdırılıblar.

Azərbaycan Müdafiə nazirliyinin açıqlamasına görə, Azərbaycan hərbçiləri Alaverdyanı çəkdilər, sonra da fotoları qohumlarına göndərdilər, nəticədə sosial şəbəkələrdə göründülər.

Daha çox göstər
Back to top button