ArtsaxBaşlıca

Artsaxda Milli Səhiyyə İnstitutunun filialı açılacaq

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Ermənistan Respublikasının səhiyyə naziri Arsen Torosyan rəhbərlik etdiyi nmayəndə heyətini qəbul etdi.

Arstax Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Arayik Harutyunyan bildirdi ki, Artsax rəhbərliyi pulsuz və keyfiyyətli tibbi xidmət üçün səhiyyə sektoruna ayrılan vəsaiti artıracaq.

Arayik Harutyunyan Artsaxa verilən 7 təcili yardım maşını üçün ER Hökumətinə öz təşəkkülərini bildirdi.

Görüş ərzində Arsen Torosyan bildirdi ki, ER Hökuməti bundan sonra da Artsaxı dəstəkləmək üçün addımlar atacaq. Onun sözlərinə görə, yaxın vaxtlarda Artsaxda Ermənistan Respublikasının Səhiyyə Nazirliyinin Milli Səhiyyə İnstitutunun filialı açılacaq, burada mütəmadi olaraq aparıcı mütəxəssislərin iştirakı ilə yerlərdə tibb işçiləri üçün kurslar təşkil olunacaq.

Daha çox göstər
Back to top button