![](/wp-content/uploads/2020/09/img_19052020_124224_545_x_362.jpg)
Tiqran Abrahamyana görə, Azərbaycan tərəfinin bu cür davranışı ilk növbədə Tavuşdakı döyüşlərdən sonra yaranan vəziyyətlə şərtlənir.
Sərhədin o istiqamətində yenidən tənzimləmələrin olduğu, mövqe baxımından, erməni tərəfinin tutduğu mövqeyə gəldikdə, azərilərin bu hissədə yeni mövqelərini təmin etmək üçün yeni işlər apardıqları aydındır.
“İkinci məqam ondan ibarətdir ki, ümumiyyətlə sərhədin müxtəlif istiqamətlərindəki bu mühəndis işləri daimi xarakter daşıyır, odur ki, bu proses təəccüblü deyil. Azərbaycanlılar daima möhkəmlənməyə,öz imkanlarını gücləndirməyə çalışıb.
Biz də buna qarşı durmağa çalışmalıyıq, çünki yeni infrastrukturun yaradılması və fərqli vəziyyətlərdə yeni fürsətlər həm döyüş növbətçi heyətimiz üçün, həm də bəzi sərhəd yaşayış məntəqələri üçün təhlükə yarada bilər”-deyərək Abrahamyan qeyd edib.
Onun fikrincə, məhz bu səbəbdən də Ermənistan Silahlı qüvvələri mütəmadi olaraq azərbaycanlıların təşəbbüslərinin qarşısını alır ki, bu da bizim üçün təhlükəsizlik problemi yarada bilər. Onun sözlərinə görə, əksər hallarda əməliyyatları dayandırmaq daha çətin olur, əgər onlar arxa hissədə və ya əksinə olur.
“Yüksəkliyi ələ keçirmək və ya yüksəkliyə nəzarət yaratmaq, deyə bilərik ki, məsələnin həllinə yarım addımdır. Bu vəziyyətdə tədarükçülər üçün əlverişli şərait yaradacaq, təhlükəsizliyi təmin edəcək istehkamlar, infrastruktur strukturlarını yaratmaq lazımdır.. Azərbaycan da bu istiqamətdə həmçinin yarışa girib”-deyərək “Henaget” analitik mərkəzinin rəhbəri qeyd edib.
Erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutduğu barədə Azərbaycan tərəfinin yaydığı yalnış məlumatlara toxunan Tigran Abrahamyan, azərbaycanlıların mütəmadi olaraq dezinformasiya yaydıqlarını vurğuladı ki, bunun da məqsədi beynəlxalq cəmiyyətə göstərməkdir ki,baxın erməni tərəfi atəşkəs rejimini pozur yaşayış yerlərinə zərbə endirir.
Buna görə də, erməni tərəfinin danışıq prosesində belə müxtəlif platformalarda təqdim etmək üçün oxşar şayiələri rəsmi olaraq inkar etməlidir .
Xatırladaq ki, bu gün Azərbaycan silahlı qüvvələrinin vəziyyəti gərginləşdirərək yeni istehkamlar həyata keçirməyə çalışdıqları məlum oldu.
ER Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Sputnik Armeniya”ya bildirib ki, ER Silahlı qüvvələri oxşar hərəkətləri dayandırır və eyni zamanda daha da kəskinləşməməsi üçün müvafiq tədbirlər görür.