Başlıcaİctimaiyyət

Azərbaycandan koronavirusdan ölənlərin sayı 564-ə çatıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 sentyabr tarixli məlumatında deyilir.

Hazırkı dövrədək ölkədə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Hazırda 1979 nəfər xəstəxanalarda müalicə olunur.

Daha çox göstər
Back to top button