BaşlıcaSiyasət

Ermənistandakı Rusiya bazasının kəşfiyyatçıları desant təlimləri keçiblər

Ermənistandakı Rusiya hərbi bazasının kəşfiyyat bölüklərinin hərbi qulluqçuları erməni hərbçilərlə ikitərəfli tabor taktiki hərbi təlimləri zamanı şərti düşmən arxasında desant enişi icra ediblər.

Bu barədə Cənub Hərb Dairəsinin mətbuat xidmətindən məlumat verilib.

Kəşfiyyatçılar və xüsusi təyinatlı dəstə Mi-8MTV helikopterlərindən “Alagöz” təlim sahəsi ərazisində enişi icra ediblər.

Hərbi qulluqçular şərti düşmənin əsas qüvvələrinin mövqeyini kəşf etdilər, obyektlərin və hərbi texnika koordinatlarını verib, rabitə vasitələrini məhv ediv, komandanlığa hücum edərək, vacib sənədlər və əsirlər götürüblər.

ER Silahlı Qüvvələrinən və Cənub Hərb Dairəsinin birgə təlimlərdə təlimlərdə 1500-dən çox hərbi qulluqçu iştirak edib, Mi-8MTV, Mi-24P helikopterləri və PUA-lar da daxil olmaqla təxminən 300 hərbi və xüsusi texnika cəlb olunub.

Daha çox göstər
Back to top button