BaşlıcaSiyasət

Türkiyə Cənubi Qafqazda həlledici qüvvə ola bilməz. Rusiya buna icazə verməyəcək

Rusiya niyə danışıqlar prosesini intensivləşdirməyə çalışır, “Madrid xəttinin” qorunması lazım olduğunu israr edərkən, Rusiyanın Lavrovun proqramının aktuallığını qorumağa çalışır? Yerevan və Bakı həqiqətənmi danışıqları təmiz səhifədən  başlamaq istəyir?.

Mövzu ətrafında  “1-ci Xəbərlər” Cenevrə universitetinin müəllimi və beynəlxalq əlaqələr üzrə mütəxəssis Vigen Çeteryanla söhbət edib.

Çeteryanın sözlərincə, danışıqlar yenidən başlasa, bu, vəziyyəti  sakitləşdirmək əlamətidir.Yəni, bu gün danışıqların yeganə məqsədi bir-birinə qarşı müharibə aparmaq deyil.

“Burada bir sual  yaranır: bu regionun  əsas beynəlxalq təşkilatı,yaxud dövləti hansıdır ki, onun himayəsi altında  gərək  məsələ  tənzimlənsin.

Məncə,Moskvanın son bəyanatları göstərir ki, Rusiya   dəqiqləşdirməyə cəhd edir ki, Cənubi Qafqaz  Rusiya təsiri ərazisindədir, türkün yox.  İyul hadisələridən sonra türk siyasi  simaları  , nəinki yalnız öz bəyanatlarıyla  həm də türk-azərbaycan  qoşunlarının  ortaq hərbi  təlimlər təşkil etməklə olduqca kobud  davrandılar.

Lakin  bu regionda  Türkiyə  qərarverici qüvvə və  dayaq ola bilməz.Türkiyə  sadəcə olaraq  Rusiya üzərinə məsələn,Suriyədə  və Liviya kimi digər cəbhələrdə onlardan güzəştlər alacağına ümid edərək bir az təsir göstərməyə çalışır”-deyərək  çeteryan qeyd edib.

Türkiyə bu bölgədə güclənmək, birbaşa Qarabağ danışıqlarında iştirak etmək istəyir, Çeteryan düşünür ki, Türkiyə münasibətlərinə yalnız Qarabağ münaqişəsi kontekstində baxsaq, onda belə bir təəssüratyarana bilər.

Ancaq Türkiyənin xarici siyasət və strategiyası kontekstində Qarabağ məsələsi ilk onluğa daxil deyil.

Türkiyənin Qarabağ məsələsi ilə məşğul olmaq üçün siyasi, diplomatik, hərbi və maliyyə mənbələri ayırması lazım olduğunu düşünmək cəfəngiyatdır.

Hətta Moskva heç vaxt Qarabağ məsələsinin həllinə çox maraq göstərməmişdir. Məncə bugünkü aktivliklə Moskva, yalnız Qarabağ münaqişəsinin nizamlanması prosesini öz təşəbbüsü ilə saxlamağa çalışır, necə ki Ermənistan-Azərbaycan münasibətlərini müəyyən bir çərçivədə saxlamağa çalışır ki, məsələ hərbi əməliyyatlara keçməsin”-deyərək ekspert  yekunlaşdırdı.

Daha çox göstər
Back to top button