Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusdan ölənlərin sayı 566-ya çatıb

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı 114 yeni hal aşkar edilib. Bu barədə çərşənbə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Eyni zamanda son sutka ərzində 138 xəstə sağalıb, 2 nəfər isə ölüb.
Yoluxanların ümumi sayı 38 517 nəfər çatıb, 35 998 nəfər müalicə olunub, 566 nəfər vəfat edib, 1 953 aktiv xəstənin müalicəsi davam edir.
Cəmi 1 020 029, o cümlədən son sutka ərzində 6 921 test keçirilib.