BaşlıcaSiyasət

Azərbaycanda peyda olunan zabit oğurlanmışdır: hadisələr başqa gedişat alır

Hüquq müdafiəçisi, prokurorluğun qərarından məmnun olduğunu bildirir, çünki əmindir ki, erməni zabitlərinin özlərinə əla tanış olan yerdə azmazdılar .

“SputnikArmeniya” Azərbaycanda ortaya çıxan zabit Gurgen Alaverdyan barəsində cinayət işi açılıb.

 Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsindən  “Sputnik Armeniya”ya deyilib ki, cinayət işi ER Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (Bir şəxsin bir qrup şəxs tərəfindən öncə razılaşdırılaraq həbs edilməsi) ilə başlanılıb. Cinayət işi istintaq komitəsinə göndərilib.

Ermənistanın ilk ombudsmanı, “Qanuni özbaşınalığa qarşı” QHT-nin direktoru Larisa Alaverdyan “Sputnik Armeniya”  ilə söhbətində qeyd etdi ki, prokurorluğun qərarı özünün  ürəyincədir, çünki çoxdandı deyirdi ki, erməni hərbiçiləri özlərinə əla tanış yerlərdə azmazdı.

Alaverdyan  xatırladıb ki,əlində 2004-cü ildə Budapeştdə  erməni zabiti  Gurgen Margaryanın qətliylə əlaqədar AİHM qərarı var.Ona əsasən Azərbaycan Avropanın İnsan Haqları  Konvesiyasının  2-ci  maddəsini (həyat hüququ) və 14-vü maddəsini pozmuşdur(ayrı-seçkiliyin qadağan edilməsi: yəni,etnik nifrətçilik fonu üzərində törədilmiş ölüm).

Bu   qərarla irəliləyərək öz addımlarımızı da bundan doğan  nəticələr əsasında həyata keçirək.

“İndi bir görüləsi  işimiz var. Bu məsələni mümkün olan bütün platformalarda – millət vəkilləri, diplomatik metodlar, hökumət – qeyri-hökumət təşkilatları ilə beynəlxalq platformalarda qaldırmalıyıq.

“Azərbaycanın erməni zabitini etnik mənsubiyyətinə görə qaçırılmasını vurğulamalıyıq” –deyərək Alaverdyan Azərbaycana qarşı sanksiyalar tətbiq olunana qədər bu məsələnin siyasi gündəmdə bir mövzuya çevrilməli olduğunu söylədi.

Qırmızı Xaç Azərbaycanda peyda olunan itkin zabit Gurgen Alaverdyanı hələ ziyarət etməyib

Alaverdyan qeyd edib ki, Gurgen Alaverdyanı  qaçırmaqla Azərbaycan faktiki olaraq Beynəlxalq  insansevərlik normlarını nəinki pozur, onlara zidd  gedir.

Azərbaycanın davranışı barədə məsələn, ATƏT-də, İnsan Hüquqları və ya etnik mənsubiyyətinə görə, rasizm təsvirləriylə  məşğul olan  komissiyalarda qaldırılması lazımdır.

Alaverdyan əmindir ki, Azərbaycan bu addıma ona görə gedir ki, 2014-cü ildə  Artsax ərazisində  2 nəfəri qətlə yetirdikləri üçün  həbs olunmuş qatillər Şahbaz Quliyevi və Dilhəm Əskərovu əvəz etmək vasitəsiylə geri qaytarsın.

 Amma ilk növbədə Alaverdyana əsasən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin Azərbaycanda saxlanılan Gurgen Alaverdyanı ziyarət etməsinə nail olmaq lazımdır.

Əgər, Beynəlxalq təşkilat bunu təşkil edə bilmirsə, hüquq müdafiəçisinə görə, bu ziyarəti təşkil etmək naminə Ermənistan başqa bir üçüncü ölkə vasitəsilə Azərbaycana təsir göstərməyə çalışmalıdır.

“Beynəlxalq qurum   əmr verə bilməz, o yalnız icazə almalıdır və Azərbaycansa  BQXK nümayəndələrinin erməni zabitini ziyarət etməsiçün pis niyyətlə razılaşmır”- deyərək Alaverdyan qeyd edib.Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan  Alaverdyan üzərinə  psixoloji təsir göstərmək üçün vaxtdan  istifadə edir.

Xatırladaq ki,ER  MN-i avqustun 22-də  saat 19:30 radələrində hərbi bazanı yoxlamağa gedən zabit Gurgen Alaverdyanın əlverişsiz hava şəraiti səbəbindən azmışdır.Azərbaycan Müdafiə nazirliyi Azərbaycan silahlı qüvvələrinin onu “diversant”ı əsir götürdüyünü açıqlayıb.

Məhkum edirik.Xarici işlər nazirliyi Azərbaycanda görünən erməni zabiti ilə bağlı açıqlama yayıb

Bundan sonra Azərbaycan tərəfi, Gurgen Alaverdyanın guya Azərbaycanda qalmaq istədiyi bir mətni oxuduğu bir video yayımladı. “SputnikArmeniya” Alaverdyanın evinə gedərək onun   qadınıyla görüşüb.O, ərinin  heç vaxt oxşar istək  ifadə etməyəcəyinə əçin olduğunu  bildirdi.

Daha çox göstər
Back to top button