BaşlıcaSiyasət

Deputat: “Ermənistan üçün Yaxın Şərq təhlükəsizlik əhəmiyyətinə malikdir”

Ermənistan üçün Yaxın Şərqin təhlükəsizlik əhəmiyyəti var və ER XİN başçısının bu bölgəyə səfəri bunun bariz süubutudur. Bu barədə “Armensperss”-ə müsahibəsində ER Parlamentinin deputatı Tatevik Hayrapetyan Zohrab Mnatsakanyanın Yaxın Şərqə səfərinə toxunaraq bildirdi.

Təhlükəsizlik maraqları nəzərə alaraq Yaxın Şərqin əhəmiyyəti artır. Faktiki olaraq, bu səfəri ilə, gələcəkdə nəzərdə tutulan səfərləri ilə xarici işlər nazirliyi Yaxın Şərq strategiyasına başlayır. Əlbəttə ki, bu strategiyanın əsasında ER dövlət və təhlükəsizlik marağıdır.

Yaxın Şərq tərəfdaşlarımızla ortaq gündəmlərin hazırlanması, qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi bölgədəki mövqelərimizin möhkəmlənməsi üçün çox vacibdir. Artsax məsələsində erməni tərəfinin mövqelərini aydınlaşdırmaq və düzgün qavrayış təmin etmək baxımından bunu xüsusilə vurğulayıram”,- deyə Tatevik Hayrapetyan bildiridi.

Onun sözlərinə görə, Ermənistan üçün Yaxın Şərqin böyük əhəmiyyəti var və bu bölgədə başlayan proseslər və fəaliyyət bunun bariz sübutudur.

Daha çox göstər
Back to top button