“İnfoteka24” “Azadlıq.org”-a istinadən xəbər verir ki, Sosial şəbəkənin data üzrə alimi Sofi Janqın (Sophie Zhang) 6 min 600 sözlük məqaləsi Azərbaycan və Hondurasda hökumət və siyasi partiya başçılarının ictimai rəyi dəyişdirmək üçün saxta hesablardan istifadəsi, yaxud özlərini yanlış qələmə vermələrinə dair konkret nümunələrlə doludur.
Sosial şəbəkənin keçmiş əməkdaşı bildirir ki, Azərbaycanda o, Prezident İlham Əliyev və onun hakim Yeni Azərbaycan Partiyasının opponentlərinə hücum üçün istifadə olunan böyük bir saxta hesab şəbəkəsi aşkarlayıb. “Facebook hələ də bu təsir kampaniyasını ifşa etməyib”, – Janq vurğulayır.
Suriyada fəaliyyət göstərən “Human Rights Organisation -Afrin -Syria” insan haqları təşkilatının ” Türkiyə Suriyadadan Azərbaycanda döyüşmək üçün muzdlular göndərir” paylaşımdakı şərhlər saxta profillərin koordinasiyalı hərəkətlərinin bariz nümunəsidir.