
Politoloq Narek Minasyan “Sputnik Armeniya”nın efirində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə toxunmuş, eləcə də Mnatsakanyan-Bayramov ehtimal olunan görüşü barədə danışıb.
Politoloq Narek Minasyanın nəzərincə, həm əvvəl, həm də indi, hər hansı bir görüşdən əvvəl tərəflərin mövqelərini mümkün qədər gücləndirmək problemi var.
Əgər son hadisələrə nəzər yetirməli olsaq onda birmənalı şəkildə israr etmək olar ki, iyulda Azərbaycan tərəfindən təşəbbüs olunan ekskalasiyanın məğluiyyəti sayyəsində erməni tərəfi daha möhkəm mövqelərdən çıxış edəcək.
Çünki, erməni tərəfi rəqibin ekskalasiyasını kifayət qədər uğurla ləğv edərək qətiyyətli nailiyyətlər qeyd etdi.
“Yaranmış vəziyyətdə Azərbaycan bir daha əmin oldu ki, təbii olaraq, erməni tərəfinə güc tətbiq etməklə birtərəfli güzəştlər məcbur edə bilməz.
Təsadüfi deyil ki, hərbi əməliyyatlardan qısa müddət sonra Ermənistan tərəfi vəziyyətlə bağlı həmçinin danışıq prosessinin bərpasına dair dəqiq mövqeyini təqdim edib” – deyərək “Sputnik Armeniya” ilə söhbətində o, bildirib.
Minasyanın sözlərincə, Azərbaycanda kifayət qədər mürəkkəb bir vəziyyət yaranıb və bu səbəbdən sərhəd gərginliyi, Gurgen Alaverdyanın təxribatçı kimi təqdim edilməsi, guya “erməni tərəfi təxribatçı nüfuz etməsinə təşəbbüs göstərib o da uğursuzluğa məruz qaldı”.
Bütün bunlar göstərir ki, oxşar tipli addımlarla və dezinformasiya yaymaqla, Azərbaycan öz mövqelərini bir tərəfdən vasitəçilərin gözlərində, digər tərəfdənsə xüsusi ictimaiyyətinin gözlərində möhkəmləndirməyə çalışır.
Ona görə ki, iyul eskalasiyası ölkə daxilində Əliyev üçün problemlər yaratmışdır.
“Əliyevin avtoritar sistemi artıq səmərəli fəaliyyət göstərə bilmir, buna görə də kifayət qədər aktiv təbliğat işi aparır və Ermənistan tərəfinin dezkonstruktiv olduğunu müxtəlif formatlarla göstərməyə çalışır ki, güya Yerevanın irəli sürdüyü yeddi bəndləri ilkin şərt kimi irəli sürərək vəziyyətin deskalasiyasına mane olur.
Bununla belə, erməni tərəfi həm Müdafiə nazirliyi, həm də Xarici işlər nazirliyi səviyyəsində rəqibin ittihamlarına açıq şəkildə reaksiya verir”-deyərək politoloq qeyd edib.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupu həmsədrləri sentyabrın 14-də Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ilə telefon danışığı apardılar və gələn həftə onlarla görüşmək barədə razılığa gəldilər.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin sentyabrın 14-də Parisdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kasprşikin iştirak etdiyi intensiv iclas keçirildiyi bildirilir.