BaşlıcaSiyasət

Azərbaycan ilkin şərt qoyur. Paşinyan həmsədrlərin təklifinə cavab verdi

Sentyabrən 14-də  ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ilə telefon danışığı keçirərək danışıqları ilkin şərtlər olmadan bərpa etməyi təklif etdilər.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin Artsax danışıqlarının ilkin şərtlər olmadan davam etdirilməsinə dair açıqlamalarını “konstruktiv” hesab edir.

 Bu haqda Paşinyan parlamentdə deputatlarla sual-cavab zamanı məlumat verib. Həmsədrlərin gələn həftə ER və Azərbaycan Xarici işlər nazirləri ilə görüşmək təklifinə gəldikdə, Baş nazir Ermənistan və Azərbaycan Xarici işlər nazirləri arasında planlaşdırılan görüş barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını vurğuladı.

Paşinyan “Hazırda bir görüş planlaşdırılmır, müzakirələr var, deyə bilərəm ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifini konstruktiv hesab edirəm, danışıqlar prosesimizi davam etdirməyə dair bəyanat fikirlərimizə uyğundur”.

Baş nazir, Ermənistan tərəfinin ön şərt qoymadığını, Azərbaycanın Qarabağın müstəsna olaraq Azərbaycanın bir hissəsi olacağını elan edərək ön şərtlər irəli sürdüyünü vurğuladı.

Xatırladaq ki, sentyabrın 14-də ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ilə telefon danışığı apardılar və gələn həftə onlarla görüşmək barədə razılığa gəlinib.

Mesaja əsasən , təklif olunan görüşün məqsədi danışıqların heç bir ilkin şərt olmadan bərpa olunması ilə bağlı nazirlərin mövqelərini aydınlaşdırmaq olacaq.

Daha çox göstər
Back to top button