Ermənistan və Misir çox dərin və zəngin ikitərəfli gündəmə malikdir. Bu barədə Misirin “Nile TV” televiziya şirkətinə müsahibəsində ER XİN başçısı Zohrab Mnatsakanyan bildirdi.
“Bizim dialoq və əməkdaşlıq üçün vacib platformalarımız var və bir sıra regional və beynəlxalq məsələlərdə çox ümumi mövqeləri bölüşürük.
Ən vacib prinsiplərdən biri bölgələrimizdə sülh, təhlükəsizlik və sabitliyə qətiyyətli bağlılığıdır və bu mövzuda oxşarlıqlarımız çoxdur” ,- deyə nazir bildirdi.
Artsax münaqişəsinə toxunan nazir qeyd etdi ki, Cənubi Qafqazda təhlükəsizlik çağırışlar var.
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunlardan biridir. Burda prioritetimiz Artsaxdakı həmyerlilərimizin exsitensial təhlükəsizliyi və Artsxın statusudur. Biz o qədər da asan olmayan danışıqlarda iştirak edirik. Biz israr edirik ki, münaqişə yalnız sülh yolu ilə nizamlanma bilər, biz israr edirik ki, o, kompromis yolu ilə həll olunmalıdır. Mövqələrə və maraqların sabitliyi əsasında olmaya həll ola bilməz. Biz sülh, təhlükəsizlik və münaqişənin sülh yolu ilə həlli üçün çalışmağa sadiqik”,- deyə xarici işlər naziri bildirdi.