
ER Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-dən 26-dək Rusiya Federasiyasında keçiriləcək “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün Rusiyaya getdi.
Hərbi təlimlərində Ermənistan, Belarus, Çin, İran, Myanma və Pakistan 1000-ə yaxın hərbçi iştirak edəcək.
Azərbaycan, İndoneziya, Qazaxıstan, Tacikistan və Şri Lanka nümayəndələri isə, təlimlərə müşahidəçi qismində qatılacaqlar.
Təlimlərdə 80 min hərbiçinin cəlb edilməsi planlaşdırılır. Ümumilikdə təlimdə 250-dək tank, 450-ə qədər piyada döyüş maşını və zirehli texnika, 200-ə qədər topçu sistemi və çoxsaylı raket sistemi iştirak edəcək.