Başlıcaİctimaiyyət

Ermənistanda daha 295 nəfərdə koronavirus aşkarlanıb, 162 nəfər sağalıb

Ermənistanda daha 295 nəfərdə koronavirus aşkarlanıb, 162 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 671-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 925-ə çatıb. İndiyədək 42 231 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 232 aktiv koronavirus xəstəsi var. İndiyədək 252 158 test aparılıb.

Daha çox göstər
Back to top button