Başlıcaİctimaiyyət

Millət vəkili Azərbaycanda sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edir

Azərbaycan sosial şəbəkələrdə məlumatların yayılmasına nəzarət etmək niyyətindədir. Millət vəkili Jalə Əliyeva bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bugünkü iclasında deyib.

Trend.az xəbər verir ki, onun sözlərinə görə, məlumat yaymazdan əvvəl etibarlılığından əmin olmaq lazımdır. Bu baxımdan millət vəkili sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqələri vasitəsi ilə həyata keçirilməsini təklif edib.

“Məlumat şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlə tələb edir”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button