BaşlıcaSiyasət

Soyqırımın birbaşa və ictimai təhrik etməsi cinayət sayılacaq

ER Parlamenti ikinci oxunuşda 121 səslə  “Mənim addımım” fraksiyasının deputatları tərəfindən təqdim edilmiş və soyqırımın birbaşa və ictimai təhrik etməsini cinayət məsuliyyətə cəlb edilməsini təklif edən qanun layihəsini qəbul edib.

ER Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi, soyqırımın birbaşa və ictimai təhrik etməsi üçün səkkiz ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacağını nəzərdə tutur.

Eyni hərəkət bir qrup şəxsin əvvəlcədən razılığı ilə kütləvi informasiya vasitələri və ya kompüter sistemi vasitəsi ilə törədildikdə, on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni hərəkət mütəşəkkil qrup tərəfindən rəsmi mövqeyindən istifadə edərək törədildikdə, on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.

Daha çox göstər
Back to top button