BaşlıcaSiyasət

Abrahamyan: “Sərhəddi azərbaycanlıların keçməsi və hərbiçinin qaçırılması digər həyəcanverici təhdidləri özündə əks edir”

ER prokurorluğu, Ermənistan SQ hərbçisi Gurgen Alaverdyanın Azərbaycana gəlməsi ilə əlaqədar, ER Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsi (bir qrup şəxslər tərəfindən ilkin razılaşmayla adamın qaçırılması) ilə cinayət işi başlandığını bildirir.

Cinayət işi İstintaq Komitəsinə göndərilib. Bu barədə “Henaket” analitik mərkəzinin İctimai təşkilat rəhbəri Tigran Abrahamyan öz Facebook səhifəsində yazıb.

O yazıb: “Məlum olur ki, hərbiçinin Azərbaycanda peyda olunmasının əsas versiyası onun azərbaycanlılar tərəfindən qaçırılmasıdır.

 Hərbçinin Azərbaycana səfəri, statusu, beynəlxalq hüququ, təhlükəsizliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası ilə bağlı müşahidələrimi müxtəlif nöqteyi-nəzərdən təqdim etmək fürsətim olub.Amma  bu mövzuya  digər  nəzərlə toxunmaq istərdim.

Azərbaycanlılar tərəfindən sərhədi qanunsuz keçmək və bir hərbiçinin qaçırılması digər həyəcanverici təhdidləri də özündə əks edir. Xüsusən bir neçə ay əvvəl azərbaycanlıların sərhəddi keçib Areguni kəndi istiqamətində ölkənin dərin ərazilərinə nüfuz etdikləri də qeyd edilib.

O zaman da bənzər bir hadisənin bu istiqamətdə Areguninin qonşu icmalarından birinin istiqamətində baş verdiyi, bununla bağlı rəsmi bir açıqlama olmadığı, belə deyək, inkar edilmədiyi və təsdiqlənmədiyi deyildi.

Son bir neçə ay ərzində qeydə alınan bu hallar həyəcan siqnalı olmalıdır. “Sərhəd bölgələrində və yaşayış məntəqələrində təhlükəsizlik sistemi gücləndirilməli, Azərbaycan kəşfiyyatına qarşı mübarizə, təhlükəsizliyimizə olan təhdidlərin təsirsiz hala gətirilməsi işləri yüksək səviyyəyə çatdırılmalıdır”.

Daha çox göstər
Back to top button