Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusdan ölənlərin sayı 571-ə çatıb

Azərbaycanda koronavirusa yoluxan 119 yeni şəxs qeydə alınıb, 140 nəfər müalicə olunub, 2 nəfər ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 17-də yaydığı məlumatda deyilir.
Pandemiya müddətində yoluxanların ümumi sayı 38 777 nəfər olub, 36 289 nəfər sağalıb, 571 nəfər vəfat edib.
Hazırda aktiv xəstələrin sayı 1 917 nəfərdir.