Görüşdə Davit Tonoyan, Azərbaycan mediasında Gurgen Alaverdyanla bağlı yayılan videolara istinad edərək, ER Müdafiə nazirliyinin məzmunu ilə əlaqədar BQXK Yerevan üzrə idarə rəhbərinə narahatlığını bildirdi.
“SputnikArmeniya”nın məlumatına görə sentyabrın 17-də Ermənistan Respublikasının Müdafiə naziri, Əsir, Girov və itkin düşmüş şəxslər komitəsinin sədri David Tonoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı rəhbərini Kler Meytronu qəbul edib.
Bu haqda ER Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan öz Facebook səhifəsində elan edib.
Görüş ərzində David Tonoyan, Azərbaycan mediasında Gurgen Alaverdyanla bağlı yayılan video materiallarına toxunmuş, BQXK Yerevan üzrə idarəsi rəhbərinə onların məzmunuula əlaqədar narahatlığını bildirmişdir.
BQXK Yerevan idarəsinin rəhbəri öz növbəsində BQXK nümayəndə heyətinin Gurgen Alaverdyana dair və Azərbaycan tərəfində peyda olunmuş erməni soylu şəxslərin statusundan doğan prosesləri təmin etmək istiqamətində bütün mühüm olan addımları atdığını bildirib.
Xatırladaq ki, ER Müdafiə nazirliyi avqustun 22-də saat 19:30 radələrində hərbi bazanı yoxlamağa gedən zabit Gurgen Alaverdyanın əlverişsiz hava şəraiti səbəbindən azdığı bildirilib.
Azərbaycan Müdafiə nazirliyisə Azərbaycan Silahlı qüvvələrinin “təxribatçı” əsir götürdüyünü açıqlamışdır.
Bundan sonra Azərbaycan tərəfi, Gurgen Alaverdyanın guya Azərbaycanda qalmaq istədiyi mətni oxuduğu bir video yayımladı. “SputnikArmeniya”,Alaveryanın ailəsinə baş çəkib.Onun qadını əmin edib ki, həyat yoldaşı qətiyyən oxşar istək bildirməzdi.