BaşlıcaTəhlil

İyul döyüşləri fonunda təhlükəli Türkiyə-Azərbaycan yaxınlaşması: Türkiyə Azərbaycanda hərbi baza yerləşdirə bilər

Türkiyə ilə Azərbaycanın hərbi-siyasi münasibətlərinin dərinləşməsi və Cənubi Qafqaz istiqamətində Türkiyənin artan fəallığı fonunda Azərbaycanda türk hərbi bazasının yerləşdirilə biləcəyinə dair də məlumatlar yayıldı.

“Orbeli” araşdırmalar mərkəzinin eksperti Taron Hovhannisyan Azərbaycanda türk hərbi bazasının yerləşdirilməsini istisna etmir, amma bunun üçün Qanunvericilik dəyişikliklərinin zərurətini də qeyd edir.

Hovhannisyanın sözlərinə görə, Azərbaycan ilk öncə parlamentdə hüquqi prosesə başlamalıdır və qanunlarda müvafiq dəyişikliklər etməlidir, çünki mövcud Qanunvericiliyə görə, Azərbaycan ərazisində hər hansı bir xarici hərbi bazanın yerləşdirilməsi qadağandır.

Bundan əlavvə, ekspert qeyd edib ki, türk hərbi bazasının yerləşdirilməsi yalnız Türkiyə ilə Azərbaycanın münasibətlərinə deyil, regiondakı geosiyasi maraqlarına da toxunur. Söhbət ATƏT-in Minsk qrupunun üç həm həmsədri – Rusiya, Fransa və Birləşmiş Ştatlardan və bu regionda müəyyən maraqlara, əlaqələrə və təsirə sahib olan digər bir ölkədən – İrandan gedir.

Taron Hovhannisyanın fikrincə, Azərbaycan ərazisində türk hərbi bazasının yerləşdirilməsi birbaşa olaraq supergüclərin maraqlarına zərbə vurur. Bundan başqa, ekspert türk hərbi bazasının Naxicevanda ola bilməyəcəyini hesab edir. Buna heç kəs səssizcə icazə verməyəcək, çünki bu, Rusiya ilə İranın maraqlarına cavab vermir.

Sözü gedən dövlətlər artıq bildirmişdirlər ki, Türkiyənin bu proseslərə birbaşa müdaxiləsi qəbuledilməzdir və Türkiyə də belə bir riskə getməz.

Moskvanın Hərbi-siyasi araşdırmalar mərkəzinin sədr müavini, hərbi ekspert Aleksandr Xamçixin isə, hesab edir ki, Azərbaycanda türk bazasının yerləşdirməsini mümkün sayır.

Ekspert 1-in.am-ə müsahibədə qeyd edib ki, bununla bağlı hələ ki, rəsmi məlumatlar yoxdur, amma prinsipcə bu olduqca mümkündür, çünki onlar Qanunvericiliklə ölkə ərazisində qoşun yerləşdirməsinə icazə veriblər və mütəmadi olaraq hərbi təlimlər keçirirlər.

Xramçixin Türkiyənin Cənubi Qafqazdakı fəallığını Ərdoğanın Osmanlı İmperiyasının təsirini bərpa etmək niyyəti ilə əsaslandırır.

Daha çox göstər
Back to top button