BaşlıcaSiyasət

Müstəqillik günü: Ermənistan Respublikası müstəqilliyinin 29-cu ildönümünü qeyd edir

Bu gün, sentyabrın 21-də dünyadakı bütün ermənilər Ermənistan Respublikasının Müstəqillik gününü qeyd edir.

Ermənistanın İstiqlal Bəyannaməsi 1990-cı ilin avqustun 23-də Ali Şuranın iclasında qəbul olunub.

SSRİ Konstitusiyasına uyğun olaraq 1991-ci ilin sentyabrın 21-də ER ərazisində SSRİ-dən ayrılmaq üçün referendum keçirildi. Referendumda iştirak edən 2.056.758 vətəndaşdan 2.042.627 (94.39%) vətəndaşı Ermənistanın müstəqilliyinə lehinə olaraq, “hə” dedi. Yalnız 10 min nəfər və ya 0,46% əleyhinə idi.

Sonrakı gün, ER ilk müstəqil qanunverici orqanının erməni xalqına müraciəti dərc edildi: “Azadlığa gedən yolda bizi yeni sınaqlar gözləyir, bu bizim üçün gündəlik sınaq olacaq. Entuziazmımız saxlayaq, amma realizmdə möhkəm olaq, xəyalpərəst, lakin ayıq olmağa davam edək”.

ER Ali Şurası, referendumun nəticələrini yekunlaşdıraraq sentyabrın 23-də Ermənistan Respublikasını müstəqil dövlət elan etdi.

Ali Şuranın müstəqilliyini elan etməsindən sonra onlarla dövlət Ermənistan Respublikasını tanıdı. Birincisi Litva idi ki, müstəqillik elanından əvvəl 1991-ci ilin avqustun 14-də ER-nı tanıdı. Sonra 1991-ci ildə daha 47 dövlət Ermənistan Respublikasının müstəqilliyini tanıdı.

Qeyd edək ki, bu il Müstəqilliyin 29-cu ildönümünə həsr olunmuş müvafiq milli şənliklər onlayn keçiriləcək.

Daha çox göstər
Back to top button