BaşlıcaSiyasət

Deputat Arman Abovyanın fikrincə, Azərbaycan və Türkiyə müharibəyə təhrik etməyə hazırlaşır

ER Parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyanın fikrincə, Azərbaycan və Türkiyə rəhbərliklərinin son bəyanatları, avqustda keçirdiyi birgə təlimlər sübut edir ki. Azərbaycan Türkiyə ilə müharibəyə təhrik etməyə hazırlaşır və hazırlıq işləri aparır. “Armenpress”-ə əsasən, Arman Abovyan bu barədə Parlamentdə brifinq zamanı qeyd edib.

Deputat qeyd etdi ki, Azərbaycan prezidenti, Türkiyə prezidenti, bu ölkələrin xarici işlər nazirləri, hərbi rəhbərliyi yeni hərbi texribatlar istiqamətində çox fəal informasiya hazırlıq işləri aparır. Abovyan xatırlatdı ki, avqustda Azərbaycan və Naxicevan ərazisində Türkiyə və Azərbaycan genişmiqyaslı təlimlər keçirdilər. O həm də ərəb və Avropa mətbuatında Türkiyənin Azərbaycanda islamçı terrorçuların yerləşdirilməsində çox fəal olduğu barədə nəşrlərin olduğunu vurğuladı.

“Azərbaycan rəhbərliyinin bəyanatının danışıqlar prosesi ilə heç bir əlaqəsi yoxdur. Bu gün Azərbaycan müharibəyə təhrik edir, çox fəal hazırlıq işləri aparır. Bu gün vəziyyət tamamilə fərqlidir. İlk dəfə Türkiyə proseslərdə öz hərbi iştirakını, cəlb edilməsini nəinki istisna etmir, ya da gizlətmir, həm də bəyan edir ki, ehtimal olunan proseslərdə iştirak edəcək”- deyə depuatat vurğulayır.

Abovyan, Ermənistanın ilk növbədə bu məsələni bütün mümkün, qeyri-mümkün bəynəlxalq kanallarla və platformalarda qaldırılmasını mümkün sayır. “Bizim dəlillərimiz var ki, Azərbaycan Türkiyə ilə birlikdə regionda yenə hərbi gərginlik yaratmağa çalışır”- deyə deputat qeyd edərək əlavə etdi ki, Ermənistan və Artsax ətrafında baş verən hadisələr həm danışıqlar masası, həm ümumiyyətlə bəynəlxalq aləmdə diplomatik baxımından daha aqressiv olmağa məcbur etməlidir.

Daha çox göstər
Back to top button