Ermənistanda 18-27 yaşlı qadınların 45 günlük hərbi təlimləri keçiriləcək.
Oktyabrın 1-dən qadınların ilkin hərbi hazırlıq təlimlərinə ərizələrin qəbulu başlayacaq.
Hərbi hazırlıq təlimləri Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın təşəbbüsü və Ermənistan Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil olunur.
Proqram çərçivəsində iştirakçılar 45 gün kazarma şəraitində hazırlaşacaqlar və əsgər bacarıqları əldə edəcəklər.
Düşərgə iştirakçılarının gündəlik həyatı Ermənistan Silahlı Qüvvələrində qəbul olunmuş formatla təşkil olunacaq. Hərbi hissənin gündəlik cədvəlinə əsasən, saat 06:30-da yuxudan durma, gimnastika, səhər yeməyi, sinif və çöl məşqləri və s. olacaq.
Ən yaxşı nəticələri göstərən iştirakçı istədiyi zaman müqaviləli olaraq ER Silahlı Qüvvələrinə qoşula bilər.
Təlimlərə Anna Hakobyan da iştirak edəcəkdir.