Başlıcaİctimaiyyət

Ermənistanda daha 115 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 115 nəfərdə koronavirus aşkarlanıb, 39 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 47 667-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 938-ə çatıb. İndiyədək 42 676 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 765 aktiv koronavirus xəstəsi var. İndiyədək 266 066 test keçirilib.

Daha çox göstər
Back to top button