Azərbaycanın müdafi naziri bəyan edib ki, onların məlumatların, informasiyalarının təhlili göstərir ki, “Ermənistan geişmiqyaslı təxribatlara və vəziyyətin gərginləşdirməsinə hazırlaşır”.
Bu barədə Artsax Respublikasının keçmiş prezidentinin təhlükəsizılik işlər üzrə müşaviri Tiqran Abrahamyan Facebook hesabında yazıb.
“Nazir Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.
Azərbaycanın müdafiə nazirinin bu bəyanatında dair iki əsas nətyicəyə gələ bilirik. Birincisi. Lazımi informasiya hazırlığı ilə silahlı qüvvələrin hərbi əməliyyatlara hazırlanmasına cəhd edilir (miqyas müxtəlif vəziyyətlərdən asılıdır), bu halda “günahkarlar” və “müharibənin yenidən başlanması üçün əsaslar” artıq müəyyənləşdirilib”,- deyə Tiqran Abrahamyan yazdı.
O qeyd etdi ki, Ermənistanda və Arstaxda son iki ay ərzində və yaxın zamanlarda müxtəlif mərhələrlə ehtiyatda olanların görüşlərin keçirilməsi və digər hadisələrini də nəzərə alaraq Azərbaycan buna cavab olaraq müvafiq fəaliyyət fonunu və ya təəssüratını yaratmağa çalışır.
“Düzdür bu müddətdə Türkiyə-Azərbaycan qoşunlarının birgə təlimləri, döyüş hazırlığı təlimləri keçiriblər, lakin dimpolamtik baxımdan Azərbaycan mümkün hərbi əməliyyatları başlatdığımda ilkin informasiya üstünlüyü təmin etmək üçün təcavüzkarı əvvəlcədən Ermənistana “təyin etmək” istəyir.
Yaranan vəziyyət və Azərbaycanın bəyanatları göstərir ki, yaxın gələcəkdə də sərhəddə təxribat riski yüksək olacaq”,-deyə o yazdı.