Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Baş nazir Nikol Paşinyana Ermənistan Respublikasının müstəqilliyinin 29-cu ildönümü münasibətilə təbrik mesajı göndərdi
“Hörmətli Baş nazir,
Sizi sentyabrın 21-də ölkənizin Müstəqillik Günü münasibətilə təbrik etməkçün olduqca şadam.
Ermənistan Respublikası Müstəqilliyini qazandığı 29 ili ərzində ABŞ erməni xalqıyla yan-yanaşı olmuş, müasir demokratiya və iqtisadi inkişaf qurmaqçün Sizin səylərinizi dəstəkləmişdir.
İkitərəfli ticarət və sərmayələrin genişləndirilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi, regional sabitlik və ölkənizin suverenliyinin təşviqi də daxil olmaqla ortaq maraqlarımız olan sahələrdə birlikdə çalışmaqda davam edirik.
Bugünkü çətinliklər tərəfdaşlığımızın vacibliyini bir daha təsdiqləyir. İstər yeni qlobal koronavirus epidemiyası qarşısında, istərsə də Əfqanıstanda və ya Kosovoda beynəlxalq sülhməramlı əməliyyatlarda, erməni və amerikan xalqları arasında əlaqələr danılmaz dərəcədə möhkəm və davamlıdır.
“Bu əlamətdar gündə Sizə ən xoş diləklərimizi bildirir və dostluğumuzun möhkmlədirilməsinin qarşıdakı ilini səbirsizliklə gözləyirəm”-deyərək ABŞ Prezidentinin təbrik məktubunda bildirilir.