BaşlıcaSiyasət

Əliyev danışıqlar prosesindən faktiki olaraq imtina edir, amma bunun Ermənistan tərəfindən dağıldığını iddia edir

Artsaxın mövqeyinin sərtləşdirilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatının reaksiyası və Türkiyə tərəfindən xarici muzdluların işə götürülməsi barədə Aravot.am Artsax Respublikasının Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri Nelli Bağdasaryan ilə söhbət edib.

Bağdasaryanın sözlərincə, Artsax Respublikasının mövqeyi real əsaslar üzündən sərtləşdi, bu da regional hərbi-siyasi reallıqların dəqiq təhlili və yenidən qiymətləndirilməsinin nəticəsidir.

“Artsax Respublikası Prezidentinin elan etdiyi və Təhlükəsizlik Şurasının ilk iclasında təkrarlanan yeddi prinsip əlamətdardır. Münaqişənin həlli ilə bağlı AR Prezidenti səviyyəsində edilən bir sıra bəyanatlarda qeyd olunub ki, Artsax Respublikası üçün arzuolunmaz nəticəni nəzərdə tutan danışıq mövzusunun olduğu istisna edilir və məsələnin həlli bu gün mövcud olmayan mümkün əlverişli geosiyasi vəziyyətlər şəraitində əldə edilə bilər”- deyə Nelli Bağdasaryan vurğuladı.

ATƏT Mİnsk qrupunun həmsədrlərinin münaqişə tərəflərinə yönəlmiş danışıqların yenidən başlanması çağırışlarına gəlincə, Bağdasaryan vurğulayıb: “Qeyd etmək lazımdır ki, “danışıqlar sahəsi”, münaqişə tərəflərinin əlaqə yaratmağın çatızmazlığı var, Azərbaycan tərəfinin münaqişəni daha da kəskinləşdirilməsi var, davam edən Azərbaycan-Türkiyə hərbi təlimləri var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu təşəbbüsü daha da kəskinləşmənin qarşısını almaq məqsədi daşıyır. Sentybarın 19-da İlham Əliyevin etdiyi bəyanatlar Azərbaycanın əslində danışıqlar prosesindən imtina etməsi deməkdir, bunun Ermənistan tərəfindən dağıldığını iddia edir. Bu məsələdə Azərbaycanın əhval-ruhiyyəsi aydındır: Azərbaycan-Türkiyə əməkdaşlığı əsasında Azərbaycan danışıqlara deyil, müharibəyə hazırlaşır. Düşünürəm ki, Əliyevin bəyanatlarının məzmunu, beynəlxalq çoxtərəfli nüfuzun gücləndirilməsi ilə əlaqəli dövlətləri, əlaqədar beynəlxalq strukturları narahat etməlidir”.

Bağdasaryan, Türkiyənin Suriyaya silahlı şəxsləri pullu əsaslarla cəlb edib Azərbaycana göndərdiyinə toxunaraq qeyd etdi ki, Azərbaycan 1991-1994-cü illərdə  də muzdlulardan da istifadə eistifadə edtdi və bu sonra Azərbaycan üçün böyük problemə çevrildi.

Daha çox göstər
Back to top button