BaşlıcaSiyasət

Azərbaycan hərbi şantaj sətindən imtina etməlidir: Artsax XİN-i Əliyevə cavab verib

Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı Azərbaycan prezidentinin bəyanatları Bakının şantaj və təhdidlərə söykənən uzunmüddətli strategiyasının iflas etdiyi və özünü tamamilə tükətdiyi bir vaxtda Azərbaycan hakimiyyətinin qarışıqlıq dərəcəsini göstərir. Bu barədə Artsax Respublikası XİN-dən verilən məlumatda deyilir.

Sentyabrın 21-də Azərbaycan prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında növbəti dəfə Azərbaycan-Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin bundan əvvəl dəfələrlə təkzib olunan əsassız fərziyyələrini səsləndirdi.

Diqqətəlayiqdir ki, BMT çıxışından əvvəl sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan prezidenti məzmun baxımından eyni şəkildə emosional müsahibə vermişdi.

“Müsahibədə Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı Azərbaycan prezidentinin səsləndirdikləri Bakının şantaj və təhdidlərə söykənən uzunmüddətli strategiyasının iflas etdiyi və özünü tamamilə tükətdiyi bir vaxtda Azərbaycan hakimiyyətinin qarışıqlıq dərəcəsini göstərir”.

Artsax XİN-i münaqişənin nizamlanma prosesinə toxunaraq qeyd edib ki, Azərbaycan-Qarabağ münaqişəsinin mahiyyətini təhrif etmək, tam formatla danışıqların bərpasının qarşısını almaq, Artsax Respublikası və Ermənistan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq üçün beynəlxalq hüquq normalarını qərəzli şəkildə şərh etmək və yeni təcavüzə başlamaq hüququnu özündə saxlamaqla bağlı Azərbaycan hakimiyyətinin uzun illik təcrübəsi münaqişənin həlli prosesini onu indiki vəziyyətinə gətirdi. Ancaq, rəsmi Bakı hər hansı bir əlavə siyasi divident verməyib.

“Azərbaycan prezidentinin Ermənistan və Artsaxı blokada etmək, iki erməni dövlətinin iqtisadi artımına maneə törətmək siyasəti və Azərbaycan-Qarabağ münaqişəsinin kontekstində din mövzusunu manipulyasiya etmək cəhdləri də nəticəsiz idi”՞-bəyanatda deyilir.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, Azərbaycan hakimiyyəti həqiqətən bölgədə davamlı sülhün bərqərar olmasında maraqlıdırsa, hərbi şantaj, təhdid siyasətindən imtina etməli, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımalı, danışıqlar masasına oturmalıdır.

Daha çox göstər
Back to top button