BaşlıcaSiyasət

“Azərbaycan KİV-lərinin seytanlığı Bakı-Tehran münasibətlərini dağıtmağa yönəlmişdir”. İrandan Bakının saxta iddialarına reaksiya

İranın Tasnim xəbər agentliyi ekspert Məsud Zabihinin “Azərbaycan KİV-lərinin seytanlığı Bakı-Tehran münasibətlərini dağıtmağa yönəlmişdir” adlı məqaləni dərc edib. Məqalədə müəllif Azərbaycanın hurriyyet.org saytının “İkinci Qarabağ müharibəsində İran Ermənistanın, Türkiyə isə Azərbaycanın yanında olacaq” məqaləsinə toxunub.

İnfoteka24 saytına əsasən, qeyd olunur ki, məqalədə İranın nüvə silahı inkişaf etdirməsi, silahların Ermənistan ərazisindən İrana ötürülməsi, bunun müqabilində Tehranın Yerevana nüvə sahəsində texnologiyalar təqdim etməsi ilə bağlı yalan və əsassız ittihamlar səsləndirilib.

“Bundan əlavə, qeyd olunub ki, erməni ekstremistlər “Böyük Ermənistan” yaratmağa çalışır, hansı ki əsassız iddiadır”- deyə Zahibi qeyd edib.

Müəllif vurğulayıb: “İranın Azərbaycandakı mediaya nəzarət edən diplomatik aparatından və strukturlarından layiqli cavab verməsini tələb edirik ki, başqa şəxs və ya media iki ölkə arasındakı müsbət münasibətləri korlamaq üçün addım atmasın”.

Daha çox göstər
Back to top button