BaşlıcaTəhlil

Azərbaycan sərhəddə süni şəkildə vəziyyəti gərginləşdirməyə çalışır

Son vaxtlar Azərbaycanın bəyanatlarından, informasiya və təbliğat fəaliyyətlərindən elə görünür ki, Bakın hərbi avantüra üçün zəmin hazırlayır,Türkiyə isə birbaşa onu dəstəkləyir.

Azərbaycanın Müdafiə Nazirliyi daha əvvəl bildirdi ki, sentyabrın 21-də saat 09։20 radələrində Ermənistan-Azərbaycan sərhədinin Tavuş-Tovuz istiqamətində Azərbaycanın SQ-nin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu həlak olub.

Maraqlı olan odur ki, KİV-lər hadisə ilə bağlı bəyanatı hadisədən təxminən 2 saat sonra yaydılar, bu qeyri-adi bir haldır, çünki Azərbaycanın Müdafiə Nazirliyi ümumiyyətlə itkiləri həmişə gizlədir və operativ şəkildə məlumatlar vermir.

“Razm.info” yazır ki, bundan başqa Azərbaycan tərəfi sərhəd gərginliyində erməni tərəfini günahlandırmağa çalışır․ Erməni tərəfi Azərbaycan tərəfinin iddialarını təkzib etdi, ER Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qeyd etdi ki, erməni tərəfinin rəqibin həlak olmuş hərbçisi barədə informasiyası yoxdur. O vurğuladı ki, “Ermənistan-Azərbayacan sərhədində risklərin azadılma mexanizmlərinin olmaması qəbuledilməzdir, gərginliyə səbəb olur.

Bununla Azərbaycan tərəfinin qəribə aktivliyi başa çatmayıb. Azərbaycanın Müdafiə Nazirliyi daha sonra bildirdi ki, sentyabrın 20-si saat 17 radələrində Tovuz rayonu ərazisində yerləşən döyüş postunda odlu silahdan atəş nəticədə əsgər Qurban Qurbanov “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Qeyd edək ki, döyüş şəraitində yaralanma halları barədə Azərbaycan məlumat vermirdi, bəzi hadisələr aylar və illər sonra məlum olur.
Azərbaycan tərəfinin sərhəd gərginliyi ilə bağlı bu iddiaları digər hadisələrlə müşayiət olunur. Sentyabrın 19-da Azərbaycanın prezidenti İlham Əliyev bəyan etdi ki, “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub”. Bununla İlham Əliyev sərhəd gərginliyini erməni tərəfinin danışıqları dayandırmasına səbəb kimi təqdim etmək üçün zəmin hazırladı.

Eyni gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan etdi ki, “düşmən sərhəddə təxribata hazırlaşır”.

Bu bəyanatdan bir gün sonra, sentyabrın 20-də Azərbaycan sosial şəbəkələrində sərhəddən 30-40 uzunluğunda olan Şamxor şəhərində çəkilən videonu yayıldı, guya ki, Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv olundu. Saatlar sonra Azərbaycanın Müdafiə Nazirliyi bu xəbərini təsdiqlədi, erməni tərəfi də bu xəbərini təkzib etdi. Şuşan Stepanyan bildirdi ki, Azərbaycan tərəfi ”bir daha da istədiyini reallıq kimi təqdim etməyə çalışır”.

Bu hadisələrdən sonra maraqlı bir hadisə də baş veridi. Azərbaycanın Silahlı Qüvvələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənov da danışdır.

Sentyabrın 21-də isə İlham Əliyev İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında qeyd etdi ki, “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”.

Bundan başqa, o Ermənistanı terror aktlarının törəedilməsində ittiham etdi. İlham Əliyev iddia etdi ki, əsirlikdə olan dəstənin komandiri bunu “etiraf etdi”(söz son vaxtlar əsir götürülmüş erməni zabiti haqqındadır).
Bu baxımdan qeyd etmək lazımdır ki, son hadisələrə Türkiyə tərəfi də toxundu. Bu baş verənlər fonunda diqqətçəkən odur ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də paylaşım etdi.

O, Ermənistanı “ağlını başına yığmağa” çağırdı və vurğuladı ki, “Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”. Keçmişdə belə bir şey olmadı.

Türkiyənin xarici işlər nazirinin bəyanatından sonra Türkiyənin Müdafiə Nazirliyi də bəyanat yaydı və Ermənistanı atəşlə oynamağı” dərhal dayandırmağa çağırdı. Turkoloq Varujan Geğamyanın bu kontekstdə çox doğru yazdı ki, diqqətəlayiq olan isə odur ki, bu dəfə Türkiyənin Müdafiə Nazirliyinin ritorikasında azərbaycanlı əsgərini “əsgərimiz”lə təqdim edilir.

Beləliklə, göz qabağındadır ki, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə bu günlərdə vəziyyəti gərginləşdirmək siyasəti yürüdür, eyni zamanda başladığı sərhəd gərginliyinin məsuliyyətini Ermənistan tərəfinin üzərinə qoymağa çalışır.

Daha çox göstər
Back to top button